Sumqayıtda qadın ərini öldürdü

1049

28 yaşlı qadın qətli ailə münaqişə zəminində törətdiyini deyibBicahqlanma_973033873
Azərbaycanın Sumqayıt şəhərində 28 yaşlı qadın həyat yoldaşını qətlə yetirib.

Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib. Hadisə şəhərin 16-cı mikrorayon ərazisi, 6-cı keçid, ev 98 ünvanında baş verib. 1976-cı il təvəllüdlü Vazehi Mehman Böyükağa oğlunun meyiti yaşadığı mənzildə aşkar edilib. Hadisə yerinə gələn ekspertlər onun ürəyindən aldığı bıçaq xəsarətindən öldüyünü müəyyən ediblər.

Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin üstü açılıb. M Vazehini qətlə yetirən şəxsin onun həyat yoldaşı, 1981-ci il təvəllüdlü Yelena Şıxəliyeva olduğu müəyyən edilib. Polis tərəfindən saxlanılan Y.Şıxəliyeva ilkin dindirilmə zamanı hadisəni ailə münaqişəsi zəminində törətdiyini etiraf edib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Mənbə: lent.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər