Sumqayıtda qanunsuz ov edən şəxs tutulub

1754

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə respublikanın şəhər və rayonlarında qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir. Lent.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxtın Xəzər, respublikanın Sumqayıt, Şəki, Cəlilabad, Biləsuvar, Ağcabədi, Qaradağ, Neftçala, Hacıqabul şəhər və rayonlarında keçirilən belə tədbirlər zamanı İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (ov qaydalarının pozulması), 590-cı (mülki silahın və döyüş sursatının saxlanılması və daşınması qaydalarının pozulması) və 230-cu (heyvanlar aləmi obyektindən özbaşına istifadə edilməsi) maddələrinin tələblərini pozmuş 13 nəfər saxlanılaraq inzibati məsuliyyətə cəlb olunub. Həmin şəxslərdən 7 ədəd ov silahı götürülüb.

Xatırladaq ki, ümumilikdə 2017-ci il ərzində şəhər, rayon polis orqanları tərəfindən həyata keçirilən belə tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmuş 126 nəfər inzibati məsuliyyətə cəlb olunub. Həmin şəxslərə tətbiq edilən cərimələrin məbləği 9850 manat təşkil edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər