Sumqayıtda qəbiristanlıq yolunda asfaltlama işləri aparılır

359

Sumqayıt şəhərində yol infrastrukturunun müasirləşdirilməsi və nəqliyyatın fasiləsiz hərəkətinin təmin edilməsi istiqamətində tədbirlər mərhələli şəkildə davam etdirilir.

Şəhərin müxtəlif ərazilərində həyata keçirilən abadlıq və quruculuq işləri çərçivəsində hazırda qəbiristanlıq istiqamətində yerləşən yolda asfaltlama işləri aparılır.

Görülən işlər çərçivəsində yolun örtüyü yenilənir, ərazidə zəruri hazırlıq tədbirləri həyata keçirilir. İşlərin icrasına xüsusi texnika və işçi qüvvəsi cəlb olunub.

Asfaltlama işlərinin başa çatdırılmasından sonra həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti daha rahat və təhlükəsiz olacaq, vətəndaşların gediş-gəlişi üçün əlverişli şərait yaradılacaq.

Qeyd edək ki, Sumqayıt şəhərində yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə şəhərin müxtəlif küçə və prospektlərində mərhələli şəkildə təmir və yenidənqurma işləri davam etdirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər