Sumqayıtda sabiq polis müstəntiqi korrupsiyada ittiham olunur

782
Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsinin sabiq müstəntiqi, Tərlan Əliyevin barəsində Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb. Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında bildirilib ki, Tərlan Əliyev qeyd edilən vəzifədə işləyərkən icraatında olan cinayət işi üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Sumqayıt şəhər sakini Vaqif Ağayevin qardaşı Mehdi Ağayev ilə əvvəlcədən razılaşaraq, sonuncunun 41.0 min ABŞ dolları verəcəyi təqdirdə istintaq gedişində Vaqif Ağayevin məsuliyyətini yüngülləşdirməyi, sonradan isə məhkəmədə yüngül cəza verilməklə məhkəmə zalından azad olunmasını vəd edərək bunun üçün Mehdi Ağayevdən 22.0 min ABŞ dollarını alıb. Lakin onların maddi imkansızlıqları üzündən qalan məbləğin əldə olunmasında çətinlik yarandığına görə həbsdə saxlanılan Vaqif Ağayevin də payı olan Sumqayıt şəhərindəki evin təcili satışını təşkil etmək qərarına gəlib.  Əli Zülfüqaroğlu. “Həftə içi”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər