Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsi şəhər ərazisində yerləşən şadlıq evində təşkil edilən toy mərasimində iştirak etməsinin qarşısı alınıb.
Polis əməkdaşlarının nəzarət tədbirlər zamanı “Nurlan” şadlıq sarayında aktiv koronavirus xəstəsi aşkarlanıb. Belə ki, yoxlama zamanı Sumqayıt şəhər sakini Təranə Vəliyevanın aktiv COVİD-19 xəstəsi olduğu məlum olub.
COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub.
Həmin şəxs qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və infeksiyanın yayılmasına şərait yaradıb. Həmin şəxs restorana daxil olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.
Onun barəsində Sumqayıt Polis İdarəsində araşdırma aparılır.