Sumqayıtda sağlamlıq spartakiadasının ikinci mərhələsinə start verildi

696

Azərikimya» İB-də «Beynəlxalq kimya ili» çərçivəsində növbəti Sağlamlıq spartakiadasının ikinci mərhələsinə start verildi

ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyi ölkə rəhbərliyinin idmanın inkişafına və gənc nəslin sağlamlığına göstərdiyi diqqət və qayğını örnək tutaraq, Sumqayıtın idman həyatının daha da canlanmasına səbəb olmuş bir sıra mədəni-kütləvi, idman-sağlamlıq  tədbirlərini davam etdirir. Aprelin 7-də bu silsilədən «Beynəlxalq kimya ili» çərçivəsində olmaqla keçirilən sağlamlıq spartakiada­sının tən­tənəli açılış mərasimi olmuş­dur.

Yarışlarda iştirak edən komandalar – Səthi Aktiv Maddələr, «Üzvi sintez», Etilen-po­lietilen, Mexaniki-təmir zavodlarının, Nəqliyyat və xüsusi texnika idarəsinin, Anbar təsərrüfatının, Təmir-tikinti İdarəsinin, «Kimyaelmitədqiqatlayihə» İnstitutunun və «Azəri­kimya» İB idarə aparatının koman­daları marş sədaları altında yarış  meydanına daxil olmuşlar.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra «Azərikimya» İstehsalat Birliyi Həmkarlar İttifaqı komitəsinin sədri, Spartakiadanın baş hakimi Vaqif Ömərov çıxış edərək, idmanın kimyaçılar arasında kütləvilik qazandığını qeyd etmiş və bildirmişdir ki, Birliyin «Kimyaçı» İdman Cəmiyyətinin meydançalarında, İdman-konsert kom­pleksində, həmçinin müəssisələrin idman zallarında bunun üçün bütün lazımi, əlve­rişli şərait yaradılmışdır.

Açılış mərasimində digər çıxış edənlər – “Azərikimya” İstehsalat Birliyi Müşahidə Şura­sının sədri, Milli Məclisin deputatı Muxtar Babayev, Sumqayıt şəhər təhsil Şöbəsinin müdiri Vidadi Bağırov, şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov spartakiada iştirakçılarını salamlayaraq, onlara uğurlar arzulamışlar.

Tədbirdə beynəlxalq yarışlarda əzmkarlıq göstərərək, Sumqayıtı layiqincə təmsil etmiş iki yeniyetmə boksçuya “Azərikimya” İstehsalat Birliyinin qiymətli hədiyyələri təqdim edilmişdir.

Aprel ayı ərzində davam edəcək sağlamlıq spartakiadasının növbəti mərhələsində fut­bol, voleybol, yüngül atletika, stolüstü tennis, şahmat, dama və nərd üzrə yarışların keçi­­rilməsi nəzərdə tutulmuşdur. Qaliblər «Azərikimya» İB-nin qiymətli hədiyyə və xüsu­si dip­lomları ilə mükafatlandırılacaqlar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər