Sumqayıtda sahibkara silahlı hücum edilib

755

Eldəniz Zeynalovu yaralayan basqınçılar onun 4000 manatını aparıblar

Sumqayıt şəhərində ət satışı ilə məşğul olan sahibkara qarşı basqın edilib. Sumqayıt şəhər Polis İdarəsi 2-ci polis bölməsinin rəisi Vahid Mustafayevin veridiyi məlumata görə, hadisə bu gün saat 07.00 radələrində Ceyranbatan bağlarında baş verib. Xocalı rayonunda məcburi köçkün olan Eldəniz Zeynalov evdən işə gedərkən naməlum şəxslərin silahlı hücumuna məruz qalıb. Onlar E. Zeynalova bıçaqla ağır xəsarət yetirərək onun üzərindəki 4000 manatı götürərək hadisə yerindən qaçıblar. Sahibkar ağır xəsarətlə xəstəxanaya çatdırılıb. Kəsilmiş-deşilmiş yaralar alan E. Zeynalov dərhal əməliyyat olunub, hazırda vəziyyəti ağırdır.
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində cinayət işi başlanıb, hadisəni törədən şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. // ANS PRESS

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər