Sumqayıtda şəhid ailələrinin iştirakı ilə ğacəkmə aksiyası keçirildi – FOTO

388

Abşeron Xızı Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib.
Aksiyada AXRTİ-nin müdiri İlhamə Abdullayeva və Sumqayıt şəhəri üzrə təhsil sektorunda çalışan şəhid ailələrinin üzvü olan müəllimlər iştirak ediblər.
Aksiya çərçivəsində Azərbaycanın milli Qəhrəmanı Polad Həşimov adına Sumqayıt şəhər 28 nömrəli tam orta məktəbin həyətyanı sahəsində ümumilikdə 200-ə yaxın sərv ağacı əkilib.
Tədbir çay süfrəsi ətrafında davam etdirilib.
Novruz bayramı münasibəti ilə şəhid ailə üzvlərindən olan müəllimlər təbrik edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər