Sumqayıtda şəhid Şülan Bayramovun xatirəsi anıldı – VİDEO

911
Sumqayıt şəhər 33 saylı tam orta məktəbdə aprel şəhidi Şulan Bayramovun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
sumqayitxeber.com  Dünya TV-yə istinadən verdiyi məlumata görə, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, daha sonra isə vətən uğrunda şəhid olan oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qeyd edək ki, Şulan Bayramov 1996-cı ilin iyulun 28-də Sumqayıt şəhərində anadan olub. 2013-cü ildə Sumqayıt şəhərində yerləşən 33 saylı tam orta məktəbi bitirən Şulan Bayramov bir il sonra, 2014-cü ildə Azərbaycan Dəniz Balıq Sənayesi Kollecinə daxil olub. Əsgər Şulan Bayramov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər