Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən hərbçilərimizin şəhidlik zirvəsinə ucalmasının bir ili tamam olur.
Sumqayıt şəhərində ötən il bu gün şəhidlik zirvəsinə ucalmış hərbçilərimizin il mərasimi keçirilib.
Mərasimdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
Şəhidlərimizin keçdiyi döyüş yollarından danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhlarına dualar oxunub.