Sumqayıtda silsilə oğurluqlar edən şəxs tutuldu

664

Oktyabrın 18-də saat 8:00 radələrində Sumqayıt şəhərinin 19-cu məhəllə ərazisindəki kafelərdən birinin qarşısından məişət əşyasını oğurlamağa cəhd göstərən şəxs Sumqayıt Şəhər Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 4-cü Polis Bölməsinə təhvil verilib. DİN-dən verilən məlumata görə, araşdırmalarla onun şəhər sakini Elşən Mustafayevolduğu məlum olub.
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun iyun-avqust ayları ərzində şəhər ərazisində 1 avtomobildən akkumulyator, 1 mağazadan tütün məmulatı və 2 qadının ciblərindən mobil telefonlarını oğurladığı da müəyyən edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər