Sumqayıtda şok olay:Evinə çağırdığı ustaya ərə getdi,indi küçələrdə qalır -(VİDEO)

2766

“Evimə çağırdığım usta bir müddət sonra mənə evlilik təklifi etdi.İlk vaxtlar buna etiraz etsəm də, sonradan razılaşdım. Bir gün anasını bizə elçi göndərdi. Evlənməmişdən əvvəl məndən pul istədi. Notarius qaydasında toydan əvvəl ona 23 min dollar pul verdim. Amma bunu borc kimi verdiyimi və evlilikdən sonra qaytaracağını dedim. Çünki o pulu məndən alarkən evlərinin tikintisinin sona çatdırılması üçün istəmişdi. Pulu ona verdikdən 3 gün sonra ailə həyatı qurduq…”

Sumqayıt şəhər sakini Xoşgül İzzət qızı Allahverdiyeva Femida.az -a müraciətində həyat yoldaşı tərəfindən evinin satıldığını və hazırda küçələrdə yaşadığını bildirib. Onun sözlərinə görə, 2014-cü ildə ailə həyatı qurduğu Allahverdiyev Zaur Mənsim oğlu ona məxsus evi satdıqdan sonra arvadını küçələrdə qoyaraq Rusiya Federasiyasına gedib. Evlilikdən əvvəl 23 min dolları geri ala bilmədiyi üçün xanım məhkəməyə müraciət edib.Sumqayıt Şəhər Məhkəməsinin 2014-cü ildə çıxardığı qərar bu günə kimi qarşı tərəfdən icra olunmayıb.

Bu günlərdə məlum olub ki, ərinin ona verdiyi torpaq sənədləri də saxtadır.

“ Mənə məxsus evi satdıqdan sonra torpaq aldığını dedi. Mənim oxumağğı bacarmadığımı bilirdi. Bundan istifad edib, saxta sənədi mənə təqdim edib. Həmin sənəd tam başqa adamın adınadır. Həmin sənədi götürüb Sumqayıt Şəhər 4-cü Polis bölməsinə getdim. Orada polislər mənə dedi ki, bu sənəd saxtadır. Amma cinayət işi hələ başlanmayıb. Mənim də vəkil tutmağa imkanım yoxdur. Heç kimim də yoxdur. Xahiş edirəm, hüquqlarımın müdafiə edilməsində mənə kömək edin”, deyə əri tərəfindən küçələrə atılan qadın bildirib.

Femida.az əri tərəfindən evi satılaraq küçələrə atılan qadının acınacaqlı həyat yolu barədə reportajı təqdim edir:

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər