Sumqayıtda son 40 ilin ən böyük layihəsinin icrasına başlanılıb - 500 nəfər daimi işlə təmin olunacaq

1926

Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “SOCAR Polymer” MMC tərəfindən sənaye parkında illik istehsal gücü 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen təşkil edən zavodların inşası həyata keçirilir. Fins.az-a İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bu son 40 ildə öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində (emal sənayesində) həyata keçirilən ən böyük layihələrdən biridir. Bu layihənin həyata keçirilməsi polimer xammalı əsasında yeni istehsal müəssisələrinin yaranmasına, kiçik və orta sahibkarlığın inkişafına geniş imkanlar yaradır.

“SOCAR Polymer” həm də 816 milyon ABŞ dolları investisiyası ilə Sumqayıt Kimya Sənaye Parkının ən böyük investorlarından biridir. Hazırda layihə üzrə intensiv tikinti-quraşdırma işləri həyata keçirilir. Bu işlərin icrasına 3000-dən çox insan cəlb edilib. Müəssisə tam fəaliyyətə başladıqdan sonra 500 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər