Sumqayıtda “Sönməz günəşim” adlı tədbir təşkil olunub

408

Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbin 2c sinifinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Sönməz günəşim” adlı tədbir təşkil olunub.

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Dahi şəxsiyyət Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhid ailələrinin, Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndələrinin və məktəb kollektivinin iştirak etdiyi tədbirdə açılış nitqi ilə çıxış edən 2c sinifinin müəllimi Arzu Şərifova Ulu Öndər Heydər Əliyevin mənalı ömür yolundan, həyat və fəaliyyətinin mühüm məqamlarından danışıb.

Tədbir 33 nömrəli tam orta məktəbin şagirdlərinin ədəbi-bədii kompozisyası ilə davam etdirilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər