Sumqayıtda Sülh korpusunun könüllüləri and içdi

695

Bu gün Sumqayıt şəhərində Amerika Sülh Korpusunun 62 yeni könüllüsün andiçmə mərasimi keçirilib. APA məlumatına görə, andiçmə mərasimindən sonra könüllülər Azərbaycanda iki illik işə başlayacaqlar. Könüllülər icma inkişaf işçiləri kimi çalışacaq, müxtəlif layihələrlə məşğul olmaq, o cümlədən ingilis dilinin tədrisi və gənclərlə iş görməklə Azərbaycanın 28 rayonunda işləyəcəklər.
Könüllərin and içmə mərasimi təşkil edən ABŞ səfirliyin Müvəqqəti işlər vəkili Adam Sterling xatırladıb ki, onlar Azərbaycanda sülh korpusunun tarixində mühüm hissəni təmsil edirlər. O, könüllüləri Amerika dəyərləri və təcrübələrini bölüşməyə çağırıb. Azərbaycanın zəngin mədəniyyəti olduğunu xatırladan A. Sterlinq bildirib ki, Sülh korpusunun təcrübəsi həm onlar, həm də azərbaycanlılar üçün vacibdir.

Sülh korpusunun Proqram Direktoru Meredit Dalton çıxış edərək bütün tərəfdaşlara, o cümlədən Sumqayıt və Abşeron icra hakimiyyətlərinə, Sumqayıt şəhər bələdiyyəsinə, könüllülərin qaldığı ailələrə dəstəyə görə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, könüllərdən ibarət olan sonuncu qrup Azərbaycana bu ilin sentyabr ayında gəlib. And içməkdən öncə könüllülər Azərbaycan dilini və xalqların mədəniyyətinə aid olan 10 həftəlik xidmət öncəsi təlim proqramı keçib.

Sülh korpusu ABŞ-ın dövlət təşkilatdır. Təşkilat prezident Con Kennedinin sərancamına əsasən 1961-ci ildə təsis olunub. Azərbaycanda 2003-cü ildə fəaliyyəti başlamış Sülh korpusunun 388 könüllüsü bu proqramda iştirak ediblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Pərvin
    Oktyabr 13, 2012 - 15:26

    Salam.Bilmək istərdim 2012-ci ildə Sülh könüllüləri Azərbaycana gəlibmi gəlibsədə harada yerləşdirilib.Bu haqda məlumatı olanlardan xahiş edirəm bir şey yazsın.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər