Sumqayıtda “Süni intellekt əsaslı gümrahlıq” layihəsinin açılış tədbiri keçirilib

738

Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin Abşeron-Xızı regionu üzrə qrant qazanmış “Süni intellekt əsaslı gümrahlıq” layihəsinin açılış tədbiri keçirilib.

Layihə rəhbəri Təfəkkür liseyinin ibtidai sinif və STEAM müəllimi Əhmədova Sevinc tədbir iştirakçılarına layihənin məqsədi, qarşıya qoyduğu vəzifələri, gedişatı, fəaliyyətlərin məzmunu barədə ətraflı məlumat verib. Eyni zamanda layihə eksperti Aliyə Əhmədova layihə haqqında öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.

Təfəkkür liseyinin direktoru Səftərova Qönçə layihə mövzusunun altuallığını vurğulayaraq layihə rəhbərinə və iştirakçılarına uğurlar arzulayıb. Sonda tədbir iştirakçıları ilə layihə haqqında maraqlı müzakirə təşkil olunub.

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər