Sumqayıtda “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib

468

Beynəlxalq Polietilen Paketdən İmtina Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Sumqayıt şəhərində “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.

“Report” xəbər verir ki, festival çərçivəsində vətəndaşlar ümumi tutumu 2 033 litr olan plastik, 235 litr olan şüşə və 1 040 ədəd işlənmiş batareya təhvil verərək əvəzinə müxtəlif hədiyyələr əldə ediblər.

Tədbirdə maraqlı viktorinalar, müxtəlif müsabiqələr təşkil olunub, ekokönüllülər kətan üzərində şəkillər çəkib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbir tullantıların qarşısını almaq, resurslardan daha səmərəli istifadə etmək, tullantıları mənbəyində toplayıb təkrar emal etmək, o cümlədən ictimaiyyətə polietilen paketlərin zərərləri və alternativləri haqqında məlumat vermək məqsədilə keçirilir.

Qeyd edək ki, polietilen paketlərin ətraf mühitə olan zərərləri haqqında əhalini maarifləndirmək və onların istifadəsindən imtina edərək daha ekoloji alternativlərə keçidi təşviq etmək məqsədilə hər il 3 iyul tarixində “Beynəlxalq Polietilen Paketdən İmtina Günü” qeyd olunur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər