Sumqayıtda xeyli hərbi sursat tapıldı

633

Sumqayitxeber.com sayt; Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Sumqayıt şəhərində partlamamış silah-sursatın aşkar edilməsi barədə nazirliyə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Ərazidən mütəxəssislər tərəfindən istifadəyə yararlı hərbi sursat olan 1 ədəd RQD-5 markalı əl qumbarası, 1 ədəd 120 mm minaatan mərmisi, 1 ədəd PQ-7 tank əleyhinə qumbaraatan mərmisi, 1 ədəd 12 kalibrli təklülə ov tüfəngi, 1 ədəd 7.62 mm güllə darağı, 13 ədəd 5.45 mm və 32 ədəd 7.62 mm güllə aşkar edilərək zərərsizləşdirilib.

Aidiyyəti qurumların mütəxəssisləri ilə birlikdə əraziyə baxış keçirilib və digər şübhəli əşya aşkar edilməyib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər