Sumqayıtda yanğın olub: xəsarət alan var

609

Sumqayıt şəhəri, Corat qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 200 kvadratmetr olan tövlənin hissəsi və burada olan 1500 kq ot bağlaması yanmışdır.

FHN-dən AzərTAc-a bildirmişlər ki, yanğın nəticəsində bir nəfər müxtəlif dərəcəli yanıq xəsarəti almışdır. Təcili tibbi yardım briqadası ona ilkin tibbi yardım göstərmişdir.
Tövlənin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən mühafizə olunmuş, yanğın söndürülmüşdür.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər