Sumqayıtda yarımçıq tikilidə qan töküldü

611

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. Sumqayıt şəhər Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, Ceyranbatan yaşayış sahəsində tikilmiş evlərdən birində yaşayan Arif Məmmədov həmyerlisi Razim Ağayevə bıçaqla xəsarət yetirib.

Razim Ağayev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Hadisəni törədən şəxs həbs edilib. Arif Məmmədov törətdiyi cinayəti etiraf edib.
Əvvəllər məhkum olunduğunu deyən Arif Məmmədov bildirib ki, hadisəni sərxoş vəziyyətdə olduğu zaman törədib. O, törətdiyi əməldən peşman olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər