Sumqayıtda yeni yaşayış kompleksinə köçürülmə başlanır

1435

Sumqayıtda yeni yaşayış kompleksinə köçürülmə başlanır. 

“Yeni Sabah” xəbər verir ki,Sumqayıt şəhərinin mərkəzində, Koroğlu prospektində inşa edilən və ötən il dekabrın 27-də prezident İlham Əliyevin və Mehriban Əliyevanın iştirakı ilə açılış mərasimi olan 1005 mənzildən ibarət yaşayış kompleksi də məcburi köçkünlərin istifadəsinə veriləcək.  Yeni mənzillərin bölgüsü üzrə ilk püşkatma mərasimi fevralın 22-də N.Nərimanov adına Mədəniyyət Evində  keçirilib. Məcburi köçkün ailələrin nümayəndələri mövcud qaydalar əsasında onlar üçün əvvəlcədən ayrılmış otaq sayı üzrə bina və mənzilin nömrəsini müəyyənləşdirib. Bundan bir neçə gün sonra isə ailələrin yeni mənzillərə köçürülməsinə başlanacaq.

Qeyd edək ki, kompleksə daxil olan mənzillərin hamısı tam təmirlidir və mətbəx mebeli, qaz sobası ilə təchiz olunub. Bundan başqa, mənzillərdə mərkəzləşdirilmiş internet və televiziya şəbəkəsi quraşdırılıb. Ərazidə sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün iki istirahət guşəsi yaradılıb, uşaq meydançası quraşdırılıb. Kompleksin ümumi ərazisinin 67 faizində yaşıllıq və abadlıq işləri görülüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər