Sumqayıtda yol infrastrukturu yenidən qurulur – VİDEO

746

Sumqayıtda yol-nəqliyyat infrastrukturu yenidən qurulur. Hazırda şəhərin giriş yolunda aparılan genişləndirilmə işləri sürətlə davam etdirilir.

Yol boyu qranit daşlardan bardürlər düzülür, müasir işıqlandırma sistemi quraşdırılır.

Layihəyə əsasən yolda piyada səkiləri salınacaq, ətraf ərazilər abadlaşdırılacaq. Nəqliyyat vasitələrinin hərəkətinin rahat tənzimlənməsi üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol xətlərinin çəkiliş işləri aparılacaq.

Sülh küçəsində mövcud asfalt örtüyü 48 000 kvadrat metr olduğu halda genişləndirmə işlərindən sonra şəhərin əsas küçəsində asfalt örtüyü 67 200 kvadrat metr olacaq.

Şəhərin giriş hissəsi ilə yanaşı uzun müddət baxımsız qalan küçələrdə də abadlıq-quruculuq işləri aparılır.

Hazırda Koroğlu küçəsində yol infrastrukturu yenidən qurulur, yolla yeni bardürlər quraşdırılır. Şəhərin ekoloji mühitini yaxşılaşdırmaq üçün işlər görülür. Belə ki, Koroğlu küçəsində səkiyə 2500 kvadrat metr qazon örtüyünün salınması nəzərdə tutulub. Niyazi küçəsində 500 ağac, Azərbaycan prospektində isə 5000 qızılgül kolu əkilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər