74 yaşlı Əhməd Rəcəbli 60 ildir ki, Sumqayıtda yaşayır və yaradır. Əslən Qusardan olan Əhməd müəllim bu şəhərə gəlməsini tale yazısı adlandırır. 1959-cu ildə 7-ci sinifi bitirib Sumqayıt Texnologiya Texnikumuna oxumağa gələn cüdo ustası buranın ilk tələbələrindən olub. Bu il doğma şəhərin 70 illik yubileyinə hazırlaşan Əhməd müəllim Sumqayıta şəhər statusu verilməsinin 10 illiyini dünən olmuş kimi dəqiq xatırlayır. Sumqayıtın yaranması tarixi Abşeron yarımadasında İstilik Elektrik Stansiyasının inşası ilə bağlı olub. belə ki, Abşeron yarımadasının şimal-qərbində , Bakının 30-35 kilometrliyində stansiya üçün yer ayrılır. 1938-ci ildə burda fəhlələr üçün taxtadan ilk baraklar quraşdırılır. Bu, Sumqayıtın ilk yaşayış məntəqəsi olur. Bundan sonra ardıcıl olaraq bir neçə zavod tikilir. İkinci dünya müharibəsinin başlanması ilə bir çox işlər yarımçıq qalır. 1949-cu il – Azərbaycan Ali Soveti Prezidiumunun qərarı ilə Sumqayıta şəhər statusu verilir. Şəhərin həyatında dönüş nöqtəsi isə 70-80-ci illərdə Milli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun Sumqayıtın sənaye şəhərinə çevrilməsində, eləcə də şəhərin inkişafında misilsiz xidmətləri olub. SSRİ dağılandan sonra Sumqayıtda zavod və fabriklərin bağlanması əhalinin məşğulluğuna böyük təsir göstərib. Son illərdə Sumqayıtda SOCAR Polimer, SOCAR Karbamid kimi zavodların fəaliyyətə başlaması, eləcə də şəhərdə gerçəkləşdirilən layihələr Sumqayıtın “sənaye şəhəri” statusunu yenidən özünə qaytarıb. Prezident İlham Əliyev fevralın 14-də Sumqayıtın 70 illik yubileyinin ölkə üzrə geniş şəkildə qeyd olunması haqqında sərəncam imzalayıb. Artıq Sumqayıt Şəhər İcra Hakimiyyəti yubileyin keçirilməsi ilə bağlı tədbirlər planı hazırlanır. Sumqayıt şəhər statusunu 1949-cu il noyabrın 22-də alığından, ən böyük tədbir məhz həmin gün keçiriləcək. Sumqayıtın yubileyinə hazırlıqlar hələ bir neçə il öncədən başlanıb. Sumqayıtda böyük quruculuq, abadlıq işləri həyata keçirilib. gerçəkləşdirilən dövlət proqramları və infrastruktur layihələr çərçivəsində Sumqaytda mühüm obyektlər qurulub, infrastruktur tamamilə yenilənib. Sumqayıtın əhalisi də bu illər ərzində artaraq yarım milyona çatıb. Sumqayıtın gənclər şəhəri adlandırılması təsadüfi deyil. Şəhər sakinlərinin böyük bir hissəsini gənclər təşkil edir. Son illər əhalinin yaşayış səviyyəsi və həyat keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlib. Təsadüfi deyil ki, şəhər bu gün elmin, təhsilin və mədəniyyətin inkişafına öz töfhələrini verir. Sumqayıt Dövlət Universiteti artıq respublikanın nüfuzlu ali təhsil ocaqlarından sayılır, Şəhərdə Dövlət Dram Teatrı fəaliyyət göstərir. Sumqayıt idman uğurları ilə də xüsusilə seçilir. Azərbaycanın əfsanəvi cüdoçusu, paralimpiyaçı İlham Zəkiyev məhz bu şəhərin, həmçinin həmsöhbətim Əhməd Rəcəblinin yetirməsidir.
SUMQAYITIN 70 İLLİK YUBİLEYİ TƏNTƏNƏLİ ŞƏKİLDƏ QEYD OLUNACAQ - "CBC" TV-NİN REPORTAJI
•
3146