Sumqayıtın bir qardaşı da olacaq…

529
Sumqayıt Bolqarıstanın Burqas şəhəri ilə qardaşlaşacaq.
 
APA-nın Bolqarıstan mediasına istinadən yaydığı məlumata görə, bu məsələ Burqas meri Dmitri Nikolovun Azərbaycan səfiri Emil Kərimovla görüşündə müzakirə olunub.
Səfir bildirib ki, hər iki şəhər iqtisadi, mədəni baxımdan dinamik inkişaf edir və şəhərlər arasında əlaqələrin dərinləşdirilməsi iki ölkə arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi baxımından son dərəcə səmərəli olar.
Burqas meri bu cür əməkdaşlığın məhsuldar olacağına əminliyini ifadə edib. O qeyd edib ki, energetika və turizm sahəsində əməkdaşlıqla yanaşı iki şəhər arasında tələb mübadiləsi sahəsində əməkdaşlığı genişləndirmək də yaxşı olar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər