Sumqayıtın bu məktəbi şəhidlərimizi belə andı – FOTO

653

Sumqayıt şəhər 23 nömrəli tam orta məktəbdə 27 sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib. Vətən müharibəsinin başlanmasının dördüncü ildönümündə məktəbin kollektivi şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib.

Tədbirdə Azərbaycanın ərazi bütövlüyü və Qarabağın azadlığı uğrunda canından keçən qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla anılıb. Məktəb şagirdləri şəhidlərimizin şəkillərini əllərində tutaraq, onların vətənpərvərliyinə, cəsarətinə və fədakarlığına həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

Çıxış edənlər Vətən müharibəsinin hər gününün bir qəhrəmanlıq dastanı olduğunu vurğulayıblar və şəhidlərimizin xalqımızın yaddaşında daim yaşayacağını, onların göstərdiyi qəhrəmanlığın gələcək nəsillərə örnək olacağını qeyd ediblər.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər