Sumqayıtın hansı mikrorayonlarında yeni liftlər quraşdırılacaq? – AÇIQLAMA

584

Son zamanlar bütün sahələrə, o cümlədən şəhərin infrastruktur obyektlərinə böyük diqqət göstərilməkdədir. Şəhərin lift təsərrüfatının yenidən qurulması ilə əlaqədar atılan addımlar da görülən işlər sırasındadır.

Sumqayıt şəhər ”Lift-Servis” Birliyinin rəisi Cümşüd İsmiyevin verdiyi məlumata görə, artıq şəhərin 6, 9, 10, 13, 18 mikrorayonlarında 140 ədəd təzə və müasir tipli lift yeniləri ilə əvəz edilib. Eləcə də, 2, 6, 13, 18, 10, 17-ci mikrorayonlarında 60 ədəd yeni və müasir liftlərin quraşdırılması nəzərdə tutulub.

Artıq bu haqda müvafiq sənədləşmə və texniki hazırlıq işləri aparılıb. Cari ilin aprel ayında işə başlanacaq. C. İsmiyev bu istiqamətdə işlərin gələcəkdə də davam etdiriləcəyini bildirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər