Sumqayıtın icra başçısı “Bilik günü” tədbirində – FOTOLAR

1968
Bu il Sumqayıt şəhərində 5877 şagird üçün ilk dəfə məktəb zəngi çalınıb.
Sentyabrın 15-də Sumqayıt şəhərində fəaliyyət göstərən bütün təhsil müəssisələrində Bilik günü təntənəli şəkildə qeyd olunub.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt şəhər 41 saylı tam ortaməktəbdə təşkil olunmuş Bilik günü tədbirində iştirak edib.
Bayram tədbirində şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov məktəbin müəllim və şagird kollektivini, eləcə də valideynləri təbrik edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda təhsilin inkişafına göstərdiyi yüksək diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Vurğulanıb ki, son illər qazanılan bütün uğurlar Prezident İlham Əliyevin təhsilin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasətin, Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi diqqətinin nəticəsi kimi dəyərləndirilməlidir.
Zakir Fərəcov bildirib ki, ölkəmizdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür, yeni məktəb binaları, əlavə tədris korpusları inşa edilir, mövcud məktəblərdə əsaslı təmir işləri aparılır. Bu il də Sumqayıt şəhərində bütün məktəblərdə təmir-bərpa işləri yüksək səviyyədə aparılıb. Bütün bunlar gənclərin yüksək səviyyədə təhsil almalarına və müstəqil ölkəmizin layiqli vətəndaşları olmalarına lazımi şərait yaradır. Bunun nəticəsidir ki, Sumqayıt üzrə ali məktəblərə sənəd verənlərdən 1403 nəfəri, yəni abituriyentlərin 69 faizi tələbə adını qazanıb. Respublikanın digər bölgələrindən fərqli olaraq şəhər üzrə ali məktəblərə sənəd vermə faizi 82 faizə yaxındır. 2017-ci ildə şəhərin məzunlarından 411-i 500-dən, 169-u 600-dən yuxarı bal toplayıb. Bu, ötənilki göstəricidən 30 nəfər, təxminən 22 faiz çoxdur. O cümlədən 200 məzun 500-600, 108 nəfər 600-649, 61 nəfər isə 650-700 intervalında bal toplaya bilib. Orta bal 345,7 olub ki, bu da respublika üzrə ən yüksək göstərici olmaqla yanaşı, ötən illə müqayisədə 19 faiz yüksəkdir. Bir məzun isə maksimum nəticə göstərərək 700 bal toplayıb. Doqquz tələbə Prezident təqaüdünə layiq görülüb. Builki nəticələrə görə Sumqayıt məktəbləri respublika üzrə göstəricilərə görə birinci yerə layiq görülüb.
Pedaqoji kollektivin nümayəndələri, valideynlər gənc nəslə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ediblər.
“Son zəng” tədbirində məktəblilərin ifasında müxtəlif rəqs nömrələri, şerlər və mahnılar səsləndirilib.
Daha sonra ilk zəng çalınıb və yeni tədris ili açıq elan olunub.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov məktəbdə yaradılan şəraitlə yaxından tanış olub, dərslərin gedişatını izləyib, şagirdlərlə söhbət edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər