Sumqayıtın icra başçısı bu dəfə… – FOTOLAR

652

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 2017-2018-ci tədris ilinin başlanması və Sumqayıt şəhərində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin əsaslı təmir və yenidənqurma işləri  ilə yerində tanış olmaq üçün məktəblərdə olur.
Şəhər rəhbəri növbəti səfərini Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbə edib.  Z. Fərəcov məktəbin vəziyyəti ilə tanış olub. Müəllim kollektivi, eləcə də şagird və valideynlərlə görüşüb. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ümummilli lider Heydər Əliyevin Azərbaycanda təhsilin inkişafına göstərdiyi yüksək diqqət və qayğının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Yeni dərs ilinin başlanmaq üzrə olduğunu vurğulayan Z.Fərəcov qeyd edib ki, bununla əlaqədar ümumtəhsil müəssisələrində təmir-bərpa işləri yekunlaşmaqdadır. Sumqayıtda bütün məktəblərdə təmir-bərpa işləri yüksək səviyyədə aparılıb. Tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində lazımi tədbirlər görülüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər