“Sumqayıt”ın ilk 8 turdakı statistikası

774
Topaz Premyer Liqasında 8-ci tur arxada qalıb. “Sumqayıt” Futbol Klubu 10 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Bernhard Raab arxada qalan turlarda 20 futbolçunun xidmətindən yararlanıb. Sol cinah müdafiəçisi Slavik Alxasov 8 oyunun hamısında 90 dəqiqə meydanda olub (720 dəqiqə). Pərdis Fərcad-Azad (710) və Ceyhun Sultanov da (622) arxada qalan 8 oyunun hamısında komandasına kömək edib. Qapıçı Elçin Sadıqov və müdafiəçi Bəxtiyar Həsən-Alızadə yalnız 1 oyunda meydana çıxıb və 90 dəqiqə mübarizə aparıb.

Slavik Alxasov – 8 oyun (720 dəqiqə)
Pərdis Fərcad-Azad – 8 (710)
Ceyhun Sultanov – 8 (622)
Səlahət Ağayev – 7 (630)
Murad Doymuş – 7 (630)
Murad Ağayev – 7 (498)
Ruslan Qurbanov – 7 (457)
Orxan Əliyev – 7 (421)
Samir Abasov – 6 (540)
Aftandil Hacıyev – 6 (526)
Uğur Pamuk – 6 (500)
Taner Taktak – 6 (486)
Məhəmməd Mirzəbəyov – 5 (93)
Xəyal Mustafayev – 4 (360)
Sabir Allahquliyev – 4 (87)
Ramil Həşimzad – 3 (117)
Emin Cəfərquliyev – 3 (49)
Murad Hüseynov – 2 (38)
Bəxtiyar Həsən-Alızadə – 1 (90)
Elçin Sadıqov – 1 (90)

Pərdis Fərcad-Azad ən sərrast futbolçudur

“Sumqayıt” Futbol Klubu Topaz Premyer Liqasının arxada qalan 8 turunda 9 dəfə rəqib qapılarına yol tapıb. Komandanın ən məhsuldar futbolçusu Azərbaycan əsilli oyunçu Pərdis Fərcad-Azaddır. 23 yaşlı futbolçu cari mövsümdə 3 qola imza atıb. 19 yaşadək futbolçulardan ibarət milli komandanın üzvü Orxan Əliyev və Ruslan Qurbanov isə hərəyə 2 dəfə fərqlənib.

Komandanın buraxdığı qollara gəlincə, 7 oyunda çərçivəni qoruyan Səlahət Ağayev 15 dəfə topu tordan çıxarmalı olub. İkinci qapıçı Elçin Sadıqov isə bir oyunda meydana çıxıb və 1 dəfə məyus olub.

Vurulan qollar: Pərdis Fərcad-Azad – 3 qol. Orxan Əliyev – 2, Ruslan Qurbanov – 2 (1/1), Sabir Allahquliyev – 1. Murad Ağayev – 1 .
Buraxılan qollar: Səlahət Ağayev – 15, Elçin Sadıqov – 1.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər