Sumqayıtın inkişafı sakinlərin gözü ilə – VİDEOREPORTAJ

1544

Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu islahatlar ölkə həyatının bütün sferalarını əhatə etməyə başlayıb. Bu islahatların izlərini təkcə paytaxt Bakıda deyil, respublikamızın bütün şəhər və rayonlarda görmək mümkündür. İslahatların əsasını isə əhalinin sosial-rifah halının yüksəldilməsi, yerli sakinlərin yeni iş yerləri ilə təmin olunması, insanların istirahətini, asudə vaxtlarını səmərəli və sağlam həyat tərzi keçirməsi təşkil edir.

Ölkədə aparılan tikinti və yenidənqurma işləri Sumqayıt şəhərini də əhatə edir. Burada “Nizami” kinoteatrı üçün yeni binanın inşası, “Kimyaçı” Mədəniyyət Sarayının əsaslı təmir-bərpası və şəhər ərazisində Cüdo Mərkəzinin yaradılmasını nümunə kimi göstərmək olar.

Bunlar həm də SOCAR-ın Sumqayıtdakı sosial yönümlü işlərindəndir. Belə ki, “Azərikimya” İB SOCAR-ın struktur tərkibinə daxil edildikdən sonra SOCAR Sumqayıt əhalisi üçün bir sıra mühüm sosial layihələri həyata keçirib.

2019-cu ildə Sumqayıtın 70 illik yubileyinə SOCAR-ın ən böyük töhfəsi də “Nizami” kinoteatrının yenidən qurulması və müasir avadanlıqla təchiz edilməsi olub. Müasir səviyyədə yaradılan, ən son texnoloji yeniliklərə əsaslanan video və audiosistemlə təchiz olunan “Nizami” kinoteatrının yeni binasının istifadəyə verilməsi Sumqayıtın mədəni həyatında mühüm hadisədir. Nəriman Nərimanov küçəsində yerləşən binanın ərazisi abadlaşdırılıb, ətrafda istirahət parkı salınıb. İkimərtəbəli binada hər biri 80-100 yerlik olmaqla 3 kino zalı və digər inzibati otaqlar var. Şəhər sakinlərinin böyük rəğbətinə səbəb olmuş bu layihə 7 aya həyata keçirilib. 2019-cu il noyabr ayının 21-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilən kinoteatr artıq şəhər sakinlərinin, əsas etibarilə də gənclərin sevimli istirahət mərkəzinə çevrilib.

Kinoteatrın qarşısında Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin heykəli qoyulub.

“Nizami” kinoteatrı

Cüdo Mərkəzinin əsaslı təmir olunması isə Sumqayıtın gəncləri üçün xüsusi əhəmiyyəti var. Bu mərkəz də SOCAR-ın dəstəyi ilə təmir edilib. Mərkəzin birinci mərtəbəsində iki idman təlim məşq zalı, fitness zalı, iki məşqçi otağı, akt zalı, tibb otağı, iki soyunub-geyinmə otağı, təsərrüfat, sanitar qovşağı və duş otaqları, ikinci mərtəbəsində böyük cüdo idman-məşq zalı və məşqçi otaqları, üçüncü mərtəbədə isə köməkçi otaqlar əsaslı təmir edilib. Həmçinin İdman Təlim Mərkəzində yeni istilik və havalandırma sistemləri və kondisionerlər quraşdırılıb, binanın ön fasadnda şüşəli vitraj, ümumi fasadda isə alkopan örtük piltələrindən üzləmə işləri aparılıb.

Cüdo Mərkəzi

Sumqayıtda “Kimyaçı” Mədəniyyət Sarayı 1986-cı ildə istifadəyə verilib Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfəri zamanı “Kimyaçı” Mədəniyyət Sarayının mövcud vəziyyəti ilə tanış olub, bu mədəniyyət ocağının əsaslı şəkildə yenidən qurulması ilə bağlı tapşırıqlar verib.

Sarayın yenidən qurulması işləri yüksək keyfiyyət və müasir dizaynla yerinə yetirilib. “Kimyaçı” Mədəniyyət Sarayında təsviri və tətbiqi incəsənət, əl ilə toxuma, xanəndəlik, zərb alətləri, rəqs, instrumental ifaçılıq dərnəkləri də fəaliyyət göstərir.

Yuxarıda qeyd olunanlardan başqa SOCAR-ın dəstəyi ilə “Kimyaçı” poliklinikası və Təcili Tibbi Yardım Mərkəzi yaradılıb, müasir tibb avadanlıqları ilə təchiz edilərək sakinlərin xidmətinə verilib. Ötən il 17 saylı “Gül” uşaq bağçasında əsaslı təmir və yenidənqurma işləri aparılıb. Şəhəri təmsil edən “Sumqayıt” Peşəkar Futbol Klubu və bu klub üçün geniş idman kompleksi yaradılıb.

“Azərikimya” İB-nin əməkçiləri sosial dəstək məqsədi ilə şəhərin məhəllə və mikrorayonlarını abadlaşdıraraq, bir sıra məktəb və bağçaları təmir edib, bəzi məktəblərin idman zallarının, kitabxanaların, yaşayış binalarının dam örtüklərini dəyişdirərək, fasadlarını rəngləmiş, nümunəvi məhəllələr yaradıblar. SOCAR işçiləri şəhərin sənaye zonasında 100 minlərlə ağac əkiblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər