Sumqayıtın millət vəkili Bakı-Sumqayıt yolundakı tıxacdan danışdı

545

Milli Məclisin deputatı Leyla Abdullayeva parlamentin bu gün keçirilən iclasında Sumqayıtla bağlı bir neçə məsələni qaldırmaq istəyib.

sumqayitxeber.com saytı publika.az-a istinadən məlumat verir ki, deputat L.Abdullayeva bildirib ki, prezident bir neçə dəfə şəhərdə olub, şəhər inkişaf edir. O qeyd edib ki, bununla yanaşı Sumqayıt şəhərində bəzi sahələr var ki, orada problemlər mövcuddur: “Bunların həllinə ehtiyac var. Stansiya Sumqayıt adlanan yaşayış massivindəki problemlərin həllinə nail olmaq lazımdır. Burada 2500-dən çox insan yaşayır. Burada tibbi məntəqəsi və baxçalarının yaradılmasına ehtiyac var. Ərazinin qəsəbə statusunun verilməsi məsləsinə baxmaq da olar”.

Sumqayıt Bakı yolunda yaranan tıcaxlarla bağlı danışan deputat bildirib ki, buradakı tıxaclar hər kəsə məlumdur: “Şəhərlərarası nəqliyyatın və insanların hərəlkəti artıb. Bir alternativ nəqliyyat sisteminin yaradılmasına, bu yerüstü sürət qatarları və ya elektrik qatarlarının çəkilməsi ola bilər”.

Vasif Həsənli

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər