Sumqayıtın “Şərq Bazarı” problemi həll olunur- razidə yeni ticarət mərkəzi tikiləcək

2038

Sumqayıt şəhərində həllini gözləyən problemlərdən biri – “Şərq Bazarı” problemi həll olunur. Sumqayitxeber.com xəbər verir ki, “Şərq Bazarı” ərazisi qısa müddətdə abadlaşdırılaraq ərazidə müasir ticarət mərkəzi tikiləcək.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov “Şərq Bazarı”nda olub, buradakı mövcud vəziyyətlə yerindəcə tanış olub, aidiyyatı qurumlara tapşırıqlarını verib.

Qeyd olunub ki, buradakı mövcud vəziyyət şəhər sakinlərini ciddi narahat edir və şəhərdə son illərdə görülən abadlıq quruculuq işlərinə kölgə salır.

Vurğulanıb ki, yeni ticarət mərkəzi tikilənə kimi burada fəaliyyət göstərən satıcılar müvafiq yerlərlə təmin olunacaq.

“Şərq Bazarı” ərazisində çalışan və  mülkiyyət sənədləri mövcud olan şəxslərin hər birinin 9 kvadrat metr yerləri mövcuddur ki, onların da hər biri yeni ticarət mərkəzi tikildikdən sonra təmənnasız olaraq 16 kvadrat metr yerlə təmin olunacaqlar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər