Sumqayıtın təhsil şöbəsinin yeni müdiri artıq məlumdur

555

Xəbər verdiyimiz kimi, artıq 2 aya yaxın müddət idi ki, Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsi vakant idi. Həmin vəzifəni müvəqqəti olaraq şəhərin təhsil şöbəsinin müdir müavini Vaqif Ələkbərov icra edirdi. Bütün mümkün namizədlərin adları artıq mediaya məlum olsa da seçim nədənsə gecikirdi.
… Və budur artıq Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsinə yeni təyinat baş tutub. “Xəbərlə” xəbər portalına daxil olan məlumata görə bundan sonra Sumqayıtın təhsilinə cavabdeh olan şəxs elə müdir müavini Vaqif Ələkbərovun özü olacaq. Məlumata görə təyinatda mayın 7-də Sumqayıt şəhərində məktəblilərin hərbi paradının yüksək səviyyədə keçirilməsi və bundan şəhər rəhbərliyinin xeyli mənada razı qalması da az rol oynamayıb. “Xəbərlə” xəbər portalı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər