Sumqayıtlı deputatların söz savaşı

946

YQGCRok4Məcid Kərimov: «İkram İsrafil müxalifətçidir, yalan danışır»
İkram İsrafil: «Sumqayıta gəlsəniz, Məcid Kərimovun yalan danışdığının şahidi olacaqsanız»

Pərviz, BİZİM YOL

«Azərkimya» Dövlət Şirkətinin prezidenti, deputat Məcid Kərimov «Bizim Yol»a açıqlamasında millət vəkili İkram İsrafiilin onun ünvanına səsləndirdiyi ittihamlara münasibət bildirib. Xatırladaq ki, parlamentin bir neçə gün əvvəlki iclasında İkram İsrafil Məcid Kərimovun «Azərkimya»da çalışan minlərlə işçinin hüquqlarını pozduğunu demişdi. Onun sözlərinə görə, 3 aydır ki, əmək haqqına möhtac qalan işçilər öz hüquqlarını tələb edərkən işdən kənarlaşdırılırlar.
Ancap İ.İsrafilin dediklərini təkzib edən M.Kərimov həmkarını yalan danışmaqda günahlandırdı: «İkram İsrafilin parlamentdə qaldırdığı məsələlərin hamısı yalandır. Bizdə elə bir şey yoxdur. İşçilərin hər biri öz maaşını vaxtında alır». «O zaman niyə parlamentdə bunu demədiniz» sualına isə M.Kərimov belə cavab verdi: «Müxalifətdir də, fikir verməyin, yalan danışır. Mən ona əhəmiyyət vermirəm».
Öz növbəsində isə M.Kərimovu yalançılıqda günahlandıran İ.İsrafil dediklərini sübut etməyə hazır olduğunu söylədi: «Mən faktla danışıram. Bu gün Məcid Kərimov tərəfindən işdən qovulan və işə bərpa olunmaları ilə bağlı əllərində məhkəmə qərarı olan insanlar var ortada. Mən sizi dəvəd edirəm Sumqayıta. Özünüz gəlin hər şeyin şahidi olun. O zaman görəcəksiniz ki, Məcid Kərimov yalan danışır».

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Elnur Agayev
    Dekabr 7, 2009 - 16:55

    teshekkwr edirem Eyvaz bey her zaman sheherimizle bagli bele aktual ve maraqli temalari ishiqlandirdiginiz ucun.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər