Sumqayıtlı əlillərin müalicəsinə başlanılıb

1021

“Azərikimya”nın təşəbbüsü ilə Əlillərin Regional Bərpa Mərkəzində sumqayıtlı əlillərin müalicəsinə başlanılıb

Fevralın 18-də “Azərikimya” İstehsalat Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Sumqayıt şəhər Əlillərin Regional Bərpa Mərkəzində gənclər şəhərində yaşayan əlillərin müayinə və müalicəsini həyata keçirmək, onların protez-ortopedik vasitələrlə təmin olunmasına köməklik göstərmək məqsədi ilə geniş tədbir keçirilmişdir. Sumqayıt şəhər Əlillərin Regional Bərpa Mərkəzində təşkil olunmuş tədbirdə Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin direktoru İlham Bağırov “Əlillərin Reabilitasiyası Proqramı” çərçivəsində həyata keçirilən tədbiri giriş sözü ilə açaraq, Azərbaycanın yüksək sürətli iqtisadi inkişafının xalqımızın sosial həyatının yaxşılaşmasında mühüm rol oynadığından, Dövlət Neft Şirkətinin və onun struktur tərkibinə daxil olan “Azərikimya”nın sosial sahələr üzrə geniş fəaliyyətindən və bunun növbəti bir nümunəsi kimi bugünkü tədbirin məqsəd və qayəsindən, əhəmiyyətindən danışmış, Sumqayıt şəhərində bu sahədə həyata keçirilən layihələrə göstərdiyi dəstəyə görə sağlamlıqlarının bərpası arzusunda olanlar adından kimyaçılar kollektivinə minnətdarlığını ifadə etmişdir. Sonra Bakı Protez-Ortopediya Bərpa Mərkəzinin şöbə müdiri Pənah Məmmədovun rəhbərliyi ilə səyyar həkim briqadası tərəfindən müxtəlif səbəblərdən əlil olmuş 22 nəfər müxtəlif dərəcəli əlilin müayinəsi keçirilmişdir. Əlillərin yaxınları və əzizləri yüksək səviyyədə müayinəyə görə həm kimyaçılar kollektivinə, həm də Mərkəzin yüksək peşəkarlığa malik həkimlər briqadasına öz təşəkkürlərini bildirmişlər. Gənclər şəhərində yaşayan əlillərin müayinəsi bir neçə gün davam edəcəkdir. Müayinə olunmuş bütün əlillər müvafiq protezlərlə və əlil arabaları ilə təmin olunacaq, onların müvafiq qaydada müalicəsi aparılacaqdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər