Sumqayıtlı əsgəri dünyasını dəyişib

699

Azərbaycan Ordusunun əsgəri dünyasını dəyişib.Bu barədə APA-ya Sumqayıt Şəhər Hərbi Komissarlığından (ŞHK) bildirilib.Hadisə Qazaxda yerləşən “N” saylı hərbi hissədə qeydə alınıb. 2011-ci ilin yanvarında Sumqayıt ŞHK tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, 1990-cı il təvəllüdlü Pirverdiyev Müzəffər Rafiq oğlu xəstəlikdən vəfat edib. Mərhum əsgərin meyiti bu gün Sumqayıta gətirilib və ailəsinə verilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər