Sumqayıtlı futbolçu Türkiyə yolunda

618

Futbolçularımızın karyeralarında Türkiyə səhifəsinə zaman-zaman rast gəlirik. Bir neçə futbolçumuz qardaş ölkənin klublarına üz tutsa da onların legioner həyatı uzun çəkməyib. İndi daha bir futbolçumuz türk klubunun maraq dairəsinə düşüb. Söhbət ötən mövsümü “Qaradağ” Lökbatanda keçirmiş Nicat Tağıyevdən gedir.

Futbolçunun meneceri Tural Məmmədovun saytımıza verdiyi məlumata görə N.Tağıyevlə Türkiyənin “Tarsus Idman Yurdu” klubu maraqlanır. “Futbolçunun keçidi üçün Türkiyəli menecer Sərcan Dəmirbağ vasitəçilik edir. Hazırda danışıqlar gedir. Yaxın günlərdə Nicat Tağıyevin bu kluba baxışa dəvət ediləcəyi gözlənilir” – T.Məmmədov bildirib.

Məlumat üçün bildirək ki, “Tarsus Idman Yurdu” bu il 3-cü diviziondan 2-ci diviziona vəsiqə qazanıb.

Qeyd edək ki, Nicat Tağıyevin ötən mövsüm formasını geydiyi “Qaradağ” Lökbatan klubu ilə ötən il 1-ci divizionda birinci yer tutub. Buna qədər isə N.Tağıyev Sumqayıtın “Xəzər” və “Gənclərbirliyi” klublarının, eləcə də MOİK-in formasını geyinib. Ampluaca hüçumçudur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər