Sumqayıtlı gənc müğənni ilk klipini təqdim etdi

691

“Qafqazinfo”nun məlumatına görə, müğənninin “Vay vay” mahnısına çəkilən bu klipin rejissoru “Sevən ürəklər” qrupundan yaxşı tanınan Dr. Nicatdır. Rejissor çıxışında klipin müğənninin ilk işi olsa da, tamaşaçılar tərəfindən seviləcəyinə inandığını bildirib: “Klip Azərbaycanda fotoaparatla çəkilən ilk klipdir. Bəzilərinə bu gülməli görünsə də, dünya praktikasında bu üsuldan geniş istifadə olunur”. Müğənni belə ritmik mahnıya müraciət etməsini yay fəsli ilə əlaqələndirib. Fərhad Əkbərov musiqi təhsili ilə yanaşı Bakı Slavyan Universitetinin jurnalistika ixtisasında təhsil alıb. Gənc müğənni bunu əsas gətirərək bildirib ki, bəzi müğənnilərdən fərqli olaraq savadlıdır.

Qeyd edək ki, klipdə süjet xətti yoxdur, müğənninin ifası rəqslərlə müşayiət olunub. 
Nərgiz, Səidə

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər