Sumqayıtlı gənc Qroznıya niyə gedib? – FOTO

591

Çeçenistanın paytaxtı Qroznıda “Yeni nəsil: sərhədsiz məsuliyyət” lll Beynəlxalq Gənclər Forumu işə başlayıb. Bu barədə Lent.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Açılış mərasimində çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, gənclər və idman nazirinin müavini İntiqam Babayev forumun keçirilməsində yaradılan şəraitə görə təşkilatçılara təşəkkürünü bildirib. Babayev deyib ki, fikir mübadilələrinin aparıldığı belə forumlar əməkdaşlığın daha sıx müzakirəsi və inkişafı istiqamətində böyük əhəmiyyət kəsb edir, yeni layihə və ideyaların gerçəkləşməsinə təkan verir”.

Əsas məqsəd yaxın qonşuluqda yaşayan gənclər arasında dostluq və əməkdaşlıq münasibətlərini inkişaf etdirmək, mədəniyyətlərarası dialoqu dəstəkləmək, gənc nəslin regionun dinc və davamlı inkişafında, konfliktlərin həllində, məlumatın yaradılmasında və ötürülməsində məsuliyyətini artırmaqdır.

Qeyd edək ki, noyabrın 28-dək davam edəcək “Yeni nəsil: sərhədsiz məsuliyyət” lll Beynəlxalq Gənclər Forumuna Azərbaycan 50 nəfərlik nümayəndə heyəti ilə qatılıb.  Nümayəndə heyətinin arasında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədr müavini,  Sumqayıtda fəaliyyət göstərən “Sağlam Düşüncə” gənclər təşkilatının sədri Ramiz Əliyev də var.

sumqayitxeber.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər