Sumqayıtlı həkim dünyasını dəyişib

7935

sumqayitxeber.com  xəbər verir ki,  Sumqayit Onkoloji Xəstəxanasının qocaman həkimi Mirfazil Hüseynov dünyasını dəyişib.
1950-ci il iyul ayının 2-də anadan olmuş Mirfazil Abbas oğlu Hüseynov 1975-ci ildə Tibb Universitetinin müalicə profilaktika fakultəsini bitirib.1976-1988-ci illərdə Dağlıq Qarabağ Vilayətinin Mərkəzi olan Xankəndində Vilayət Onkoloji Dispanserdə həkim-onkoloq və şöbə müdiri vəzifəsində çalışıb.
Məlum Qarabağ hadisələri ilə bağlı 1988-1990-cı illərdə Şuşa şəhərində Mərkəzi Xəstəxananın nəzdində olan onkoloji şöbədə həkim-onkoloq vəzifəsində işləyib. 1990-cı ildən Sumqayıt şəhər Onkoloji Xəstəxanasının poliklinika, 2008-ci ildən isə stasionar şöbənin müdiri vəzifəsində çalışıb.
17 iyun 2017-ci il tarixdə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Allah rəhmət eləsin!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər