Sumqayıtlı məmurlar üçün 2 ən pis gün

692

Vüsal Mətbəboğlu

 

– …Müəllim, biz bir məsələ ilə bağlı sizin münasibətinizi öyrənmək istəyirik.

– Mən telefonla münasibət bildirmirəm.

– Axı qanunla siz telefon vasitəsilə də jurnalistin sualına cavab verməlisiz.

– Ə, nə qanun, sən uşaqsan – mənə qanun öyrədəcəksən?! Mən, 30 ildir ki, idarə müdiri işləyirəm, sən mənə qanun dərsi keçirsən?! Get, işinlə məşğul ol…

…Dud-dud-dud.

Bu, bir müddət öncə bir idarə rəhbəri ilə olan telefon dialoqumuzdan idi. O vaxt həmin idarə müdirinə izah etməyə imkan tapmadım ki, elə öz işimlə məşğul olmaq üçün ona zəng vurmuşam. Binəva, yəqin ki, ömrünün sonuna kimi İnformasiya əldə edilməsi haqqında Qanundan xəbər tutmayacaq. Pah… Guya çox lazım idi, bu qanun ona. Digər qanunları bay elədi, qaldı İnformasiya əldə edilməsi haqqında Qanun. Əsas tut arağıdır, tut arağı. Özü bir vaxtlar etiraf etmişdi ki, yeyib-içəndir, hər gün də yaxşı vurur… Əslində, həmin idarənin və məmurun adını yaza da bilərəm, ancaq kimlərsə bunu anti-reklam məqsədi ilə etdiyimizi, hansı niyyətləsə qara piar aparmağımızı düşünəcək. Odur ki, oxucu kusura baxmasın. Lap Eldar İsmayılov kimi. Köhnə katibi deyirəm. Bizdən narazı qalıb. Sadiq oxucularımız xatırlamamış deyil – bu yaxınlarda hansı sumqayıtlı eks-məmurun şəhər sakinlərinin yaddaşında xoş xatirələrlə qalması ilə bağlı sorğu keçirmişdik. Eldar müəllimin də adını cəmi 5 nəfər çəkmişdi. İsmayılov bizdən inciyib ki, niyə nəticə bu cür olub? Birincisi, nəticənin niyə bu cür olmasını biz deyə bilmərik, ikincisi isə, biz sizdən inciməliyik ki, sizin adınızı cəmi 5 adam çəkib. Bu, o deməkdir ki…

Bu yaxınlarda iştirak etdiyimiz səfərlərdən birindəki fakt sizin sualınıza cavab verir:

– «Azərikimya»nın təşəbbüsü ilə 31 Mart soyqırımı ilə bağlı Quba məzarlığına yerli ictimaiyyət nümayənlədərinin səfəri təşkil olundu. Şəhər ziyalılarının və bir sıra idarə rəhbərlərinin qatıldığı bu səfər «Azərikimya»nın avtobusları ilə reallaşırdı. Ziyarətə gedən hər kəs birlikdə idi, yalnız iki şəxs şəxsi avtomobilindən istifadəni tərcih etmişdi: millət vəkili Leyla Abdullayeva və «Superfosfat» zavodunun direktoru Eldar İsmayılov. Xalqın içində olmaq lazımdır, cənablar, içində, arasında da yox ha, içində!

Ümumiyyətlə, sumqayıtlı məmurlar pis güzəran keçirmir. Ancaq özləri də heç kim eşitməyəndə etiraf edirlər ki, Eldar Əzizovun Sumqayıta gəlişi onlar üçün xoş olmadı. Birincisi, Vaqif Əliyev daha mülayim idi, ikincisi isə yeni başçı yeni tələb və tapşırıqlarla bura göndərilmişdi. Bir də ki, bu, «Açıq mikrofon»lar olmaya. Bax, dəyərli idarə rəhbərləri üçün ən arzuolunmaz günlərdən biri sakinlərlə bu formatda keçirilən görüşlərdir. Ən maraqlı bədii-əyləncəli tədbirdən də maraqlı olur bu görüşlər. Təklif edirik ki, kütləvi bayram tədbirlərini bəzən «Açıq mikrafon»larla əvəz etsin şəhər icra strukturunun rəhbəri.

Yerli məmurların ən arzuolunmaz günlərindən biri də, icra başçısının iştirakı ilə keçirilən müşavirələrdir. Ya yaxşı işləməlisən, ya da… Birincinin öhdəsindən gəlmək üçün isə savad, məsuliyyət və enerji tələb olunur.

Və sonda Wekilikssayağı bir məlumat: Yerli idarə rəhbərlərindən çoxusu yaxın şəhər və rayonlarda eyni strukturda hətta müavin vəzifəsinə də getməyə razı olduqlarını etiraf edirlər – təki Eldar Əzizovla işləmək olmasın.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Zaur Xudiyev
    İyun 6, 2012 - 16:01

    Qeseng yazidi, kas ki haqqinda sohbet geden memurun kimliyini de aciqlayacaq aeder cesaretli olaydin… Ya da, yoxsaaa…. Yeqin ele men dusunduyumdu.. ))

  • mehman aliyev
    Dekabr 2, 2012 - 18:52

    Memur olan herkes eyni olacag, cunki oncelikle sistem deyismelidir. Sistem eyni galdigi surece herkes bu sisteme ayag uyduracag. Yani sende memur olsan “mecbursan” ki eyag uydurasan, yoxsa….. Ona gore sexsleri pislemek deyil sistemin zeyifliklerini askar edib ve aradan galdirmag lazimdir. Bunu eliyebilecek xalg neyse elde ede biler ve inkisaaf eder,yoxsa onu bunu pislemek, ona buna soz demekle deyisen bir sey olmur. ” Cirkli suda istedyin baligibirax cox yasamayacag,once suyu deyisdirmek lazimdir!!!”

  • ELCIN
    Dekabr 5, 2012 - 00:25

    Insan huquqlari demisken 2011-ci ilin mart ayindan Sumqayitin icra hakimi Eldar Ezizov Azermetbuat yayimin Sumqayit sobesine aid bir cox qazet koskleri yerinden gotuzdurub basqa is adamlarina satir.Press yazlan qazet kosklerini Quliyev Mubariz adli sexse verilib orda qazetden basqa ne desan satilir. Size bir sualim var press kosklerde doner,salat ve ya pendir corey satilar?
    Koskde isleyenler Azerbaycan prizdenti Iham Eliyeva muraciyyet edibler. Onalrda bir xeber cixmayib Eldar Ezizov oz bildiyini elayir.
    Indi biz hara muraciyyet edak.
    Xahis edirik Allahi demayin. Cunku Allahadan her gun komek isteyirik. Ancaq xeyri yoxdur….

  • Anar
    Dekabr 7, 2012 - 14:35

    Ela…

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər