Sumqayıtlı partiya sədri qəzaya uğrayıb

655

Partiya sədrinin avtomobili dirəyə çırpılıb

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu avtomobili qəzasına düşüb. Bu barədə APA-ya M. Mirəlioğlunun özü məlumat verib.

Hadisə bu gün saat 17.00 radələrində baş verib. M. Mirəlioğlunun da içərisində olduğu “Opel” markalı avtomobil Salyan rayonunun Marışlı kəndi ərazisində KXCP fəalı olan sürücünün döngədə idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq yolun kənarındakı dirəyə çırpılıb. Əraziyə Dövlət Yol Polisi əməkdaşları gəlib.

Hadisə zamanı avtomobildə olan 4 nəfər arasında xəsarət alan olmayıb.

M. Mirəlioğlu Salyandan yas mərasimindən qayıdırmış.

lent.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər