Sumqayıtlı yazar mükafatlandırıldı

611

“Oyuncağın gözündəki yaş” hekayəsi birincilik qazandı

Hamilə xanımlar üçün yüksək keyfiyyətli geyimlər istehsal edən Azərbaycanın milli brendi “9 AY”-ın Kultaz.com Mədəniyyət portalında elan etdiyi yazı müsabiqəsi başa çatdı.

Aprelin 2-də “9 AY” butikinin Bakı şəhəri, İnşaatçılar pr. 11A ünvanında yerləşən məkəzində qalibin mükafatlandırılması keçirilib.

Qeyd edək ki, müsabiqənin birinci mərhələsinə 34 müəllif publisistik yazı, şeir və hekayələrini təqdim edib.
Təşkilat Komitəsi onlardan 18-ni seçərək Kultaz.com portalında dərc edib.

Təşkilat Komitəsinin qərarına görə, dərc edilən bütün yazılar oxucuların səsverməsinə təqdim edilib.

Martın 7-də start götürən səsverməyə martın 27-də saat 18-00-da yekun vurulub. 20 gün ərzində sorğuda 2.789 respondentin səsi qeydə alınıb.

Səs verənlərin 37 faizinin seçiminə əsasən (1.023 Səs) gənc yazar Səbinə Dənizin “Oyuncağın gözündəki yaş” hekayəsi qalib  seçilib.

“9Ay” şirkətinin ofosində baş tutan mükafatlandırma mərasimində qalibə fəxri diplom və butikin hədiyyə kartı təqdim olunub.

Bir daha vurğulanıb ki, müsabiqənin keçirilməsində məqsəd cəmiyyətin diqqətini gənc anaların və uşaqların problemlərinə yönəltmək idi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər