Əksəriyyət “Sumqayıt Şəhər”in fəaliyyətindən razı deyil
“Sumqayitxəber.com” saytda yerləşdirilmiş sorğuya yekun vurub. Sorğuda sayt ziyarətçilərinə ““Sumqayıt Şəhər” Peşəkar Futbol Klubundan razısınızmı?” sualı ünvanlanıb. Əksəriyyət, yəni 36% respondent “razı deyiləm” cavabını qeyd edib. Sorğuda iştirak edənlərin 31%-I hesab edir ki, klubun fəaliyyətini qiymətləndirmək üçün hələ tezdir.
“Razıyam” cavabı verənlər isə sorğuda iştirak edənlərin 25%-ni təşkil edir. Qismən razı olanlar da var. 8% iştirakçı “qismən razıyam” cavabını seçib
Qeyd edək ki, sorğu “sumqayitxeber.com” saytında ziyarətçilər arasında keçirilib və bu cür sorğular davamlı olaraq həyata keçiriləcək.