Mənzil İnşaat Dövlət Agentliy (MİDA) Sumqayıtda,41-ci məhəllədə , 9 mərtəbəli binanın tikintisi üçün keçirdiyi tenderin nəticələrini elan edib.
Tenderin qalibi “Məkan İnşaat” MMC olub və şirkətlə 41 min 858 manat dəyərində müqavilə imzalanıb.
Müqavilənin predmeti Sumqayıt şəhəri, 41-ci məhəllədə 0,7565 ha torpaq sahəsində 9 mərtəbəli 2 bloklu 2 yaşayış binasının tikintisi işləri (tikinti ərazisinin baş planı, abadlıq, yaşıllaşdırma) memarlıq-planlaşdırma və konstruksiya bölmələri, mühəndis-kommunikasiya təminatı bölməsi, (su və kanalizasiya təchizatı, elektrik təchizatı, rabitə, qaz, istilik təchizatı üzrə işçi layihəsi), tikinti işlərinin təşkili bölməsi, insolyasiya layihəsi və smeta bölməsinin hazırlanması işləri) olub.