Tahir Mirkişilinin rəhbərlik etdiyi nümayəndə heyəti Vyanada işgüzar səfərdədir- FOTOLAR

519

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin rəhbərlik etdiyi nümayəndə heyəti Avstriyanın paytaxtı Vyana şəhərində işgüzar səfərdədir.

 Avstriya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tahir Mirkişili və nümayəndə heyətinin üzvləri səfər çərçivəsində bir sıra görüşlər keçirib.  Görüşlərdə Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Rövşən Sadıqbəyli də iştirak edib. 

Aşağı Avstriya vilayətinin rəhbərinin tikinti, məşğulluq və beynəlxalq əlaqələr üzrə müavini Martin Ayxtinqer (Martin Eichtinger) və səfir Rövşən Sadıqbəyli ilə görüşdə regionun iri şirkətlərinin Azərbaycanda həyata keçirdiyi layihələr, onların fəaliyyətinin genişləndirilməsi və Azərbaycana investisiya qoyuluşu məsələləri müzakirə edilib.

Növbəti görüş Aşağı Avstriya Ticarət Palatasının (WKO) vitse-prezidenti Dr. Kristian Mozerlə (Christian Moser) olub. Görüşdə Avstriyada Ticarət Palatasının kiçik və orta sahibkarlığı dəstək mexanizmləri müzakirə edilərək, onların Azərbaycana cəlb edilmə imkanları ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Avstriyaya parlament dostluq qrupunun səfəri çərçivəsində Korneuburg şəhərinin meri və Aşağı Avstriya vilayət parlamentinin üzvü Christian Gepp və Avstriya Parlamentinin Avstriya-Cənubi Qafqaz parlamentlərarası dostluq qrupunun sədri Andreas Minnich ilə əməkdaşlıq imkanları müzakirə olunub.

Bir 10 nəfər, cədvəl və içəridə şəkili ola bilər

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər