Tanınmış jurnalistin qızı yüksək bal topladı – “gecələr normal yata bilmirdim” FOTO

2245

anınmış jurnalist Əli Əhmədovun qızı Maya Əhmədzadə da keçirilən dövlət imtahanından uğurlu nəticə qazanıb.

Keçirilən imtahanlarda Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdi Maya Əhmədzadə 696 bal toplayıb.

Təhsil müəssisəsinin rəhbəri Qədir Bektaşoğlu  açıqlamasında bildirdi ki, yüksək nəticə göstərən abituriyentin uğuru gözlənilən idi.

“Əslində bizim liseyin abituriyentlərinin uğurları gözlənilən idi. Biz 4 abituriyentin yüksək nəticə qazanacağını gözləyirdik. Lakin kiçik texniki səhv nəticəsində həmin abituriyentlərdən üçü 696 bal topladı. Onlardan biri də Maya Əhmədzadədir. O, gözlənildiyi kimi uğurlu nəticə əldə etdi”, – deyə Qədir Bektaşoğlu bildirib.

İmtahanda yüksək nəticə göstərən Maya Əhmədzadə  açıqlamasında bildirib ki, imtahanlara bir həftə qalmış həyəcanlı olub.

“İmtahan bir həftə qalmış böyük həyəcan vardı. Səhərdən axşama qədər oxuyurdum. Hətta imtahana iki gün qalmış gecələr normal yata bilmirdim”, – deyə Maya Əhmədzadə bildirib.

Onun uğur qazanmasında müəllimlərilə yanaşı atası da dəstək olub. Maya Əhmədzadə deyir ki, əsasən “riyaziyyat” fənnindən Əli Əhmədov ona kömək edib. Həyatda uğur qazanmağın yolunu isə düzgün hədəf seçməkdə görür: “Uğur qazanmaq üçün mütləq qarşına hədəf qoymalısan. Mən də qarşıma qoyduğum hədəfə çalışaraq çatdım”.

Maya Əhmədzadə atası kimi jurnalist yox, hüquqşunas olmaq niyyətindədir: “Uşaq vaxtı anam kimi həkim, yaxud da atam kimi jurnalist olmaq istəyirdim. İndi isə hüquq işçisi olmaq istəyirəm”.

Maya Əhmədzadə dəsrlərlə birgə istirahətə də yetərincə vaxt ayırdığını bildirib: “Kifayət qədər istirahət də edirdim. Xarici dil öyrənirdim. Əlavə ədəbiyyatlar oxuyurdum”.

Ziya SƏCCAD
BAKU.WS

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər