2018-2019-cu tədris ilindən orta məktəblərdə summativ qiymətləndirmə ilə bağlı dəyişikliklərin edilə, 1-ci siniflərdə isə summativ qiymətləndirilmə ümumiyyətlə ləğv edilə bilər.
Bu barədə Təhsil Nazirliyi Trend-in sorğusuna cavab olaraq, bildirib.
Nazirlikdən bildirilib ki, summativ qiymətləndirmə ilə bağlı sənəd təhsil mütəxəssisləri ilə birgə müzakirə olunur. Hazırda layihə sənədi müzakirə mərhələsindədir.
Sənədə əsasən, birinci siniflərdə summativ qiymətləndirmənin, 2-ci və 4-cü siniflərdə isə böyük summativ qiymətləndirmənin ləğv olunması, yalnız kiçik summativlərin saxlanılması təklif olunur.
5-9-cu siniflərdə bütün fənlər üzrə kiçik summativlərin, yalnız buraxılış imtahanlarına daxil olan fənlər üzrə böyük summativlərin aparılması təklif edilir.
“Hələlik bunlar təklif şəklində müzakirədədir. Layihə təsdiq olunacağı halda o, 2018-2019-cu tədris ilində tətbiq ediləcək”.
Qeyd edək ki, kurrikulumun tətbiqi ilə əlaqədar orta məktəblərdə şagird nailiyyətləri 3 formada – diaqnostik, formativ və summativ qiymətləndirmə formasında qiymətləndirilir.
Summativ qiymətlədnrimə təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirməsidir. Summativ qiymətləndirmə əsasəında şagirdlərin illik qiymətləri formalaşır.
Müzakirə qapadılmışdır.