Texas ştatında mədəniyyətimiz təbliğ olunacaq

568

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı ABŞ-ın Texas ştatında Amerika və Avrasiyalıların Turkuaz Şurasının təşkil etdiyi İpək Yolu Festivalında iştirak edəcək.

4-7 oktyabr, 2012-ci il tarixlərində ABŞ-ın Texas ştatı, Stafford mərkəzində İpək Yolu festivalı keçiriləcək. Festivalda musiqili nümayişlər olacaq, incəsənət və təsərrüfat yarmarkası, sənətçilərin çıxışları, interaktiv sərgilər keçiriləcək. Gələcəkdə TURKSOY-un da tərkibində təşkil olunması gözlənilən festival Amerika, türk və Avrasiya xalqları arasında mədəniyyətlərarası dialoq və demokratiya prinsiplərinə əsaslanan əmakdaşlığı inkişaf etdirməyi nəzərdə tutur. Marko Polonun məşhur İpək Yolu marşrutu üzərində yerləşən, xüsusilə Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Azərbaycan və Türkiyə kimi ölkələrin mədəniyyət və incəsənətinin işıqlandırılacağı festivalda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı bir nümayəndə ilə təmsil olunacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər