Uğurlu Karyera seminarları

757

“SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatı (Təhsil inkişaf proqramı aprel-may aylarında) “Uğurlu Karyera” seminarlar silsiləsi təşkil edir. İki ay ərzində gənclər üçün bu mövzuları əhatə edən bir neçə seminar keçmək nəzərdə tutulub. Bu seminarlardan birincisi “Düzgün peşə seçimi və uğurlu iş axtarışı” mövzusunda oldu. Seminarın qonağı “Karyera bələdçisi” kitabının müəllifi və eyni zamandawww.sumqayitxeber.com online qəzetinin təsisçisi və baş redaktoru Eyvaz Qocayev oldu. Seminarda Bakı və Sumqayıtın müxtəlif ali təhsil məktəblərindən 36 tələbə iştirak edirdi. Maraqlı diskusiya şəraitində keçən seminarda gənclər özünü tanıma, iş axtarışına necə başlamalı, effektiv iş axtarışı yolları düzgün peşə seçimi və işdə uğur əldə etmək mövzularında ətraflı məlumat əldə etdilər. Seminar gənclər tərəfindən çox maraqla qarşılandı və onlar növbəti seminarlarda da iştirak edəcəklərini dedilər. Sonda seminar ərzində daha çox fəal olan və aktivlik göstərən 3 genc müəllifdən hədiyyə olaraq imzalı kitab qazandılar.

Növbəti seminar “Müvəffəqiyyətli iş görüşməsi” adlanır. Seminarın bu dəfə ki qonağı da “Karyera bələdçisi” kitabının müəllifi və eyni zamandawww.sumqayitxeber.com online qəzetinin təsisçisi və baş redaktoru Eyvaz Qocayev olacaq. Seminarlar Gənclər Fəaliyyətinə Dəstək Mərkəzində keçirilir və tam ödənişsizdir. Qeyd edək ki “SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatı bu ilin yanvar ayından  bu mərkəzin üzvüdür. Seminarda iştirak etmək isəyənlər mütləq QEYDİYYATdan keçməlidirlər.

Qeydiyyat üçün sdgt_csyo@yahoo.com ünvanına ad,soyad, universitet və əlaqə üçün telefon nömrənizi göndərməyiniz kifayətdir. Məktubun başlıq yerinə KARYERA yazmalısınız. Bundan sonra iştirak üçün sizə təsdiq mesaji gələcəkdir.

Məkan: Gənclər Fəaliyyətinə Dəstək Mərkəzi
Ünvan: Bakı şəhəri, T.Əliyarbəyov 14, mənzil 10. (Fəvvarələr meydanı, Firuzə restoranının II mərtəbəsi.)
Telefon: +994 55 640 64 87

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər